Azərbaycanda təşkil olunacaq şahmat üzrə Dünya Kuboku günlərində bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır.

Rekord.az xəbər verir ki, Azərbaycan Şahmat Federasiyası və Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Fair Play Komissiyası Bakıda beynəlxalq seminar təşkil edəcək.

İyulun 31-də başlayacaq tədbirdə iştirakçılar yarışlarda nəzəri və praktiki məsələlər barədə müzakirə aparacaq.

Seminarda FIDE Fair Play Komissiyasının rəhbəri Yuri Qarret də məruzəçi qismində çıxış edəcək.