FIDE prezidentindən Şahmat Federasiyasına hədiyyə
- 05 May 2023 19:29
- 343
FIDE prezidenti Arkadi Dvorkoviç şahmat tacı uğrunda rusiyalı Yan Nepomnyaşi və çinli Din Liren arasında keçirilən çempionluq görüşünün 13-cü partiyasının keçirildiyi şahmat lövhəsini Azərbaycan Şahmat Federasiyasına hədiyyə edib.
Rekord.az xəbər verir ki, Bakıya səfər zamanı şahmat lövhəsini özü ilə gətirən Dvorkoviç hədiyyəni AŞF rəhbəri Mahir Məmmədova təqdim edib.
AŞF-nin prezidenti dəyərli hədiyyəyə görə FIDE rəhbərinə təşəkkürünü bildirib.
Xatırladaq ki, Astanada keçirilən şahmat tacı uğrunda görüşdə qələbə qazanan Din Liren dünya çempionu olub.