FİF ləğv olunur? ÖZƏL!
- 29 Okt 2024 14:00
- 277
AFFA tərəfindən yaradılan Futbolun İnkişaf Fondu (FİF) ləğv oluna bilər.
AFFA-ya yaxın mənbədən Rekord.az-a daxil olan məlumata görə, yeni rəhbərlik Elxan Məmmədovun dövründə yaradılan bu qurumu mənasız hesab edir.
Sözügedən qurumun yaradılmasında əsas məqsəd klublara sponsor tapılmasında vasitəçi olmaq idi. Bu məqsədlə müxtəlif sahələrdə çalışan insanlar bura cəlb olunmuşdu. Fəxrəddin Manafovdan tutmuş, Yunis Hüseynova kimi. Lakin aradan zaman keçdikcə, bu insanları demək olar ki, ortada görmürük. Yalnız qurumun sədri Tural Piriyev rayonları gəzir, müəyyən görüşlər keçirir, bəzi I Liqa klublarına kiçik su şirkətləri ilə əməkdaşlıq imkanı yaradılır. Amma ümumilikdə, bu qurum daha böyük şirkətləri futbola cəlb edə bilmir, "Kəpəz" kimi köklü kluba hələ də sponsor tapılmayıb. Bütün bunları nəzərə alan AFFA-nın yeni rəhbərliyi qurumun ləğvində maraqlıdır. Bundan sonra sponsorların futbola cəlb olunması prosesini də birbaşa AFFA rəhbərliyi özü həyata keçirmək istəyir.