FİFA-ya dünya futbolundakı qlobal korrupsiya əməliyyatı zamanı müsadirə edilmiş 201 milyon vəsait daxil olub.

Rekord.az xəbər verir ki, bu barədə məlumatı FTB-nin Nyu-York şöbəsinin müdir köməkçisi Maykl Driskol verib.

ABŞ Ədliyyə Nazirliyinin 2015-ci ildə başladığı əməliyyatdan sonra 50-dən çox şəxs istintaqa cəlb edilib.

Onlardan 27-si və 4 hüquqi şəxs günahlarını etiraf ediblər. Driskol bildirib ki, heç bir futbol funksionerini dünya futboluna vurulan zərər qətiyyən narahat etmir.

O bildirib ki, yeganə təsəlli odur ki, həmin şəxslərdən müsadirə olunan vəsait bundan sonra dünya futbolunun inkişafına sərf ediləcək.