FİFA koronavirus pandemiyası səbəbiylə yerli liqaların və beynəlxalq turnirlərin dayandırılmasından sonra oyun qaydalarında dəyişikliyə hazırlaşır.

Rekord.az xəbər verir ki, qurum, oyun zamanı 5 əvəzetməyə icazə verəcək. Bu barədə İspaniyanın “Marca” nəşri məlumat yayıb.

Məlumatda, təklifin məsləhət xarakter daşıdığı bildirilir. FİFA-nın baş ofisindən də xəbər təsdiqlənib.

İngiltərə Futbol Assosiasiyasının da bu yeniliyi dəstəklədiyi bildirilir. Qərarın növbəti həftə rəsmi olaraq açıqlanması gözlənilir.