FIFA agenti olmaq istəyənlər üçün imtahanın vaxtı müəyyənləşib.

Rekord.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, imtahanın 2024-cü ilin mayında keçirilməsi nəzərdə tutulur.

FIFA agenti olmaq istəyənlər yanvarın 9-dan etibarən qeydiyyatdan keçə biləcəklər. İmtahanın dəqiq tarixi və məkanı hələ bəlli deyil.