FİFA-nın Nizam-İntizam Komitəsi Paraqvayın "Olimpiya" klubunun prezidenti Marko Antonio Trovato Vilyalbanın oyunların nəticəsini manipulyasiya etməkdə günahkar hesab edib.

Rekord.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Buna görə futbolla bağlı istənilən fəaliyyətinə ömürlük qadağa qoyulan klub rəhbəri, 100 000 İsveçrə frankı məbləğində cərimə də olunub. Vilyalba 10 gün ərzində apellyasiya şikayəti verə bilər.

Qeyd edək ki, Marko Antonio Trovato Vilyalbaya qarşı sanksiya qərarı 2018 - 2019-cu illərdə keçirilmiş bir sıra matçlarla əlaqəlidir.