FİFA-dan koronavirus güzəşti
- 14 Mar 2020 12:30
- 692
FİFA bütün dünyada sürətlə yayılan koronavirus pandemiyası ilə bağlı müəyyən qərarlar qəbul etməli olub.
Rekord.az xəbər verir ki, dünyanın ən ali futbol qurumu rəsmi saytı vasitəsilə bütün milli komandalara mart və aprel aylarına nəzərdə tutulan oyunları ləğv etmələrini tövsiyyə edib.
Bundan əlavə FİFA bu iki ay ərzində klublara futbolçularını milli komandalara buraxmamaq haqqı verildiyini bəyan edib.
Yeri gəlmişkən, 2021-ci ildə keçirilməli olan Afrika Millətlər Liqasının seçmə mərhələsi də təxirə salınıb. Belə ki, seçmə mərhələnin 3cü və 4-cü turunun oyunları 25-31 mart aralığında keçirilməli idi. Amma həmin oyunlar yeni bir qərar qəbul olunana qədər təxirə salınıb.
KONKAKAF zonasında da koronavirus pandemiyası ilə əlaqədar bütün turnirlər bir aylıq təxirə salınıb. Bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Təxirə salınan yarışların keçiriləcəyi yeni tarixlər yaxın günlərdə açıqlanacaq.