FİFA Qətərdə keçiriləcək dünya çempionatının başlama vaxtının dəyişdiyini açıqlayıb.

Rekord.az xəbər verir ki, FİFA Şurasının Bürosu matçın və açılış mərasiminin noyabrın 21-dən noyabrın 20-nə keçirilməsi barədə qərar qəbul edib.

Seneqal – Niderland matçı da noyabrın 21-də, bazar ertəsi saat 13:00-dan 19:00-a dəyişdirilib. Açılış matçında Qətər yığması 20 noyabr bazar günü saat 19:00-da Ekvadorla oynayacaq.

FİFA-nın saytında bu qərar barədə belə yazılıb:

“Bu qərar rəqabətin və nəticələrin qiymətləndirilməsindən, əsas maraqlı tərəflər və ev sahibi ölkə ilə diqqətli məsləhətləşmələrdən və razılıqdan sonra verilir. Bilet sahibləri müvafiq matçların yenidən planlaşdırıldığı və yeni tarixdən asılı olmayaraq biletlərinin etibarlı qalması barədə e-poçt vasitəsilə lazımi qaydada məlumatlandırılacaqlar”.

2022-ci il dünya çempionatı noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.