FİFA Əfqanıstandakı qadın futbolçulara görə müraciət etdi
- 22 Avq 2021 20:00
- 563
FİFA bəzi dövlətlərə müracit edib.
Rekord.az xəbər verir ki, ali futbol qurumunun hökumətlərə ünvanlanan məktubunda Əfqanıstandan qadın futbolçuların təcili təxliyəsi ilə bağlı məsələ nəzərdə tutulub. Bu barədə BBC məlumat yayıb.
Məktubda bildirilib ki, qadın futbolçular Əfqanıstanda hakimiyyət dəyişikliyindən sonra öz həyatları üçün təhlükə hiss edirlər. FİFA hesab edir ki, Əfqanıstanda vəziyyət qeyri-sabit və gərgin olaraq qalır. Buna görə də, əfqanıstanlı qadın futbolçuların ölkədən çıxarılması zərurəti yaranıb.
“Taliban” üzvləri avqustun 15-də paytaxt Kabilə daxil olaraq, Əfqanıstanda hakimiyyətə yiyələniblər.
Bu arada, Əfqanıstanın qadınlardan ibarət futbol millisinin keçmiş kapitanı Xalidə Popal ölkədə hakimiyyətin dəyişməsindən sonra qadınların üzləşdiyi dəhşətlərdən danışıb.