FİFA Əmir Ağayevə görə AFFA-dan sənəd tələb edir?
- 23 Okt 2020 13:00
- 697
AFFA ötən mövsümün sonunda "Sumqayıt"dan ayrılan Əmir Ağayevi milliləşdirmək istəyindən əl çəkməyib.
Rekord.az-ın məlumatına görə, federasiya bununla bağlı növbəti dəfə FİFA-ya müraciət edib.
Avqustda Yunanıstan Super Liqasında mübarizə aparan "Atromitos"la 2 illik müqavilə bağlayan yarımmüdafiəçi Azərbaycan yığmasının formasını geyinməsinə razılıq verib.
AFFA bunu əldə rəhbər tutaraq, ali qurumdan prosesi sürətləndirməsini xahiş edib.
Fəqət, FİFA-nın müvafiq komissiyası sənədləşmə məsələlərinin hələ bir müddət vaxt aparacağını diqqətə çatdırıb və AFFA-dan Əmirin əslən azərbaycanlı olmasını sübuta yetirən əlavə sənədlər istəyib.
FİFA vaxtilə İsrailin aşağı yaş qrupları üzrə yığmalarıının, o cümlədən, U-21-in şərəfini qorumuş Ağayevin valideynləri ilə bağlı Bakıdan göndərilən məlumatlarıın yetərli olmadığını da açıqlayıb. (sportinfo.az)