FİFA federasiya prezdentini cəzalandırdı
- 26 Fev 2020 12:20
- 765
FİFA Uruqvay Futbol Federasiyasının sabiq prezidenti Vilmar Valdesi cəzalandırıb.
Rekord.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
FİFA-nın etik komitəsinin hüquq palatasının qərarına əsasən, Vilmar Valdes bir il müddətinə futbol sahəsində çalışmaqdan məhrum edilib. Sabiq prezident 10 min İsveçrə frankı məbləğində cərimə də olunub.
Cəzaya Valdesin FİFA-nın etik qaydalarını pozması səbəb göstərilir. Belə ki, o, FİFA-nın və KONMEBOL-un İcraiyyə Komitəsinin üzvü kimi bəzi tenderlərin təşkilində saxtakarlığa yol verib, həmin tenderlərin öncədən razılığa gəldiyi biznesmenlərin qazanmasına şərait yaradıb. Bütün bunlar onun səs yazısının olduğu faktlarla isbatlanıb.
Qeyd edək ki, Vilmar Valdes 2018-ci ilin iyul ayında Uruqvay Futbol Federasiyasının prezidenti postundan istefa verib. Həmin vaxt o, istefasının ailə məsələləri ilə əlaqədar olduğunu və şəxsi xarakter daşıdığını bəyan etmişdi. Valdes 2014-cü ildən UFF-ə rəhbərlik edirdi.