FİFA iki turniri təxirə saldı – RƏSMİ
- 12 Avq 2020 20:20
- 665
Futbol üzrə DÇ-2022-nin Asiya üzrə seçmə mərhələsi təxirə salınıb.
Rekord.az xəbər verir ki, bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb.
Qurum, oktyabr və noyabr aylarında keçirilməsi planlaşdırılan oyunların koronavirus səbəbiylə təxirə salındığını bildirib.
Bundan başqa, 2023-cü ildə keçiriləcək Asiya kubokunun da seçmə mərhələsi eyni səbəblə təxirə salınıb.
Hər iki turnirdə seçmə mərhələnin oyunları növbəti il keçiriləcək.