Azərbaycanın FIFA referiləri Kamal Umudlu və Fəridə Lütfəliyeva UEFA-nım CORE Beynəlxalq Konsolidasiya Kursunda iştirak edəcəklər.

Rekord.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərində təşkil olunacaq.

Sentyabrın 3-də start götürəcək kurs 4 gün davam edəcək.