FİFA referimiz Gürcüstana dəvət olundu
- 05 Mar 2020 19:41
- 672
Azərbaycanın qadın futbol hakimləri beynəlxalq turnirə dəvət olunub.
Rekord.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, FİFA referisi Yuliya Qurbanova və referi köməkçisi Sevda Nuriyevaya Gürcüstan Futbol Federasiyasından dəvət gəlib.
Onlar 19 yaşadək qızlardan ibarət milli komandalar arasında beynəlxalq turnirin oyunlarını idarə edəcəklər.
Gürcüstan, Belarus, Estoniya və Ukrayna komandalarının iştirak edəcəyi turnirin oyunları 21-26 apreldə keçiriləcək.