FIFA referimiz “Yuventus”un oyununda
- 14 Okt 2019 17:40
- 823
Azərbaycanın FIFA referiləri UEFA Gənclər Liqasının oyunlarına təyinat alıblar.
Rekord.az AFFA-nın saytına istinadən xəbər verir ki, Rəhim Həsənov oktyarbrın 23-də keçiriləcək “Liepaya” (Latviya) - “Porto” (Portuqaliya) qarşılaşmasını idarə edəcək. Ona yan xətt hakimləri Mübariz Haşımov, Rza Məmmədov köməklik göstərəcək.
Rauf Cabarov isə noyabrın 6-da oynanılacaq “Lokomotiv” (Rusiya) – “Yuventus” (İtaliya) görüşünün baş hakimi olacaq. Ona Namiq Hüseynov və Pərvin Talıbov yardım edəcək.