FİFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb.

Rekord.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan millisinin yeri dəyişməz qalıb. Yığmamız 1177 xalla 114-cü pillədə qərarlaşıb.

Digər yığmaların mövqeyində də dəyişiklik olmayıb. Bu, koronavirus pandemiyasına görə beynəlxalq turnirlərin, yoldaşlıq görüşlərinin təxirə salınması ilə əlaqədardır.

Reytinqin ilk üç pilləsində Belçika (1765), Fransa (1733) və Braziliya (1712) qərarlaşıb. Türkiyə millisi isə 1494 xalla 29-cu sıradadır.