FİFA “Səbail”in futbolçusu Lema Mabidinin məhkəmə şikayətini təmin edib.

Rekord.az xəbər verir ki, bu barədə “sport365.fr” saytı məlumat yayıb.

Yarımmüdafiəçi 4 il şərəfini qoruduğu “Raca Kasablanka” klubunun ona borcu olduğunu iddia edərək, FİFA-ya müraciət etmişdi. FİFA-nın qərarına əsasən, “Raca Kasablanka” futbolçuya 280 min dollar ödəməlidir. Klub keçən ilin yayında Mabidiyə yeni müqavilə təklif etsə də, futbolçu bu təklifi qəbul etməyib:

“Klub müqaviləmin sonunda daha iki illik sözləşmə imzalamağımı istədi. Ödəmə olmadan bu təklifi qəbul etməyəcəyimi, ancaq ödəmələrdən sonra yeni müqavilə ilə bağlı danışıqlar masasına otura biləcəyimizi bildirdim”.