FİFA Türkiyənin “Bursaspor” klubuna transfer qadağası qoyub.

Rekord.az xəbər verir ki, buna hazırda 2-ci liqada çıxış edən Bursa təmsilçisinin müqavilə şərtlərini yerinə yetirməməsi və oyunçulara olan borcunu tam ödəməməsi səbəb olub.

Həmin oyunçuların arasında Azərbaycan millisinin yarımmüdafiəçisi Namik Ələskərov da var. Ali futbol qurumu klubu xorvatiyalı futbolçu Luka Tsapanın şikayəti əsasında cərimələyib. Ələskərov və Tsapanla yanaşı, Tim Matav və Regi Ofosunun da müqaviləsindəki öhdəliklər yerinə yetirilməyib. Qərara əsasən, "Bursaspor" qarşıdakı iki transfer dönəmində heyətinə yeni futbolçu qata bilməyəcək.

Xatırladaq ki, Namik Ələskərov “Bursaspor”dan ayrıldıqdan sonra bu yay “Sabah” klubuna keçib. O, 2021/2022 mövsümündə Türkiyə klubunun formasını geyinib.