FİFA-nın mətbuat xidməti Tvitterdə paylaşdığı şəkli pozub.

Rekord.az xəbər verir ki, bu haqda “The Guardian” nəşrinin jurnalisti Barni Roney məlumat yayıb.
 
TOP-5 liqasının “qol+ötürmə” sisteminin ən yaxşıları arasında “Borussiya”nın futbolçusu Ceydon Sanço da olub. Dortmundlu futbolçunun yayımlanan şəklində (formanın üzərində) ABŞ-da polisin qətlə yetirdiyi Corc Floydla bağlı şüar da (“Corca ədalət) əks olunub. Amma tezliklə FİFA bu şəkli pozub.

Bir qədər keçdikdən sonra isə Sançonun başqa bir şəkli ilə paylaşım edilib.

Xatırladaq ki, mayın 25-də afroamerikalı Corc Flod polisin vəhşicəsinə davranması nəticəsində ölüb. Bundan sonra ABŞ-ın 20 ştatında kütləvi iğtişaşlar başlayıb.