FİFA yeni transfer “pəncərə”si aça bilər
- 13 Apr 2020 12:22
- 632
Futbol dünyası koronavirus pandemiyasının yaratdığı çətinliklər nəticəsində yeni bir transfer “pəncərə”sinin açılmasına şahidlik edə bilər.
Rekord.az xəbər verir ki, bunu FİFA-nın Müşahidə Şurasının sədri Ceyms Kitçinq Almaniya mətbuatına açıqlamasında söyləyib.
Onun sözlərinə görə, yay və qış transfer dönəmləri aralığında əlavə transfer “pəncərə”sinin yaranması ehtimalı yüksəkdi:
“Klubların problemlərini mümkün qədər azaltmaq üçün belə bir ideyanı həyata keçirməyimiz mümkündü. Üçüncü bir transfer dönəmi görə bilərik. Müqaviləsinin müddəti planlanandan gec bitəcək futbolçular olacaq. Onların da özlərini bu mənada təhlükəsiz hiss etməsini istəyirik. Yeni mövsümün proqramı tam dəqiqləşəndən sonra üçüncü transfer dönəminin də zamanı bəlli olacaq”.