"Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Qarabağ” ilə ölkə kubokunun final oyunundan əvvəl mətbuat konfransında iştirak edib.

Rekord.az xəbər verir ki, Sadıqov finala hazır olduqlarını bildirib:

“Mövsümün son matçıdır. Kubok oyunudur. Kubok oyununa həmişə hazırıq. Oyuna böyük maraq var. Biletlər satılıb. 2-ci dəfə "Qarabağ" - "Zirə" finalı olacaq. İstərdik ki, yenə maraqlı, baxımlı matç olsun. Başa düşürük ki, çox güclü rəqibə qarşı oynayırıq.

Biz də istəyirik ki, öz oyunumuzu göstərək. Bütün fikrimiz oyundadır. Çalışacağıq ki, rəqibə baxımlı matç göstərək. Sürətli, dinamik matç istəyirik. Əlimizdən gələni edəcəyik. 

Finalda hər şey ola bilər. Adətən, finallar gərgin keçir. Taktika savaşı gedir meydanda. Əvvəlcədən bilmərik necə olacaq. İnşallah, uğurlu nəticə ilə ayrılarıq. Hal-hazırda bütün fikrimiz finaldadır.

Mövsümün əvvəlində qarşıya qoyulan hədəfləri yerinə yetirmişik. Avroliqada çıxış edəcəyik. Sabahki finaldan həzz almağa çalışacağıq. "Qarabağ"la matçlarda yaxşı nəticə göstərmişik. Futbolçularım çox çalışıblar”.