İtaliyanın “Fiorentina” klubunda daha üç nəfərdə koronavirus aşkarlanıb.

Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Məlumatda, komandanın futbolçuları Patrik Kutrone, German Pesselya, eyni zamanda, fizioterapist Stefano Daynellidə virus aşkarlandığı deyilir. Klub hər üç şəxsin vəziyyətinin yaxşı olduğunu bildirib.

Daha əvvəl komandanın digər futbolçusu Duşan Vlahoviçin də virusa yoluxduğu açıqlanmışdı.