İtaliyanın “Fiorentina” klubunun 3 futbolçusu koronavirusa qalib gəlib.

Rekord.az xəbər verir ki, Florensiya təmsilçisinin koronavirusa yoluxan futbolçularından Patrik Kutrone, Xerman Pesselya və Duşan Vlahoviç artıq tam sağalıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Onlardan götürülən son testlərin nəticəsi neqativ çıxıb. Florensiya klubunun rəhbərliyi oyunçularının sağalmasında əməyi keçən həkimlərə və tibb bacılarına, həmçinin xəstəxana rəhbərliyinə minnətdarlığını bildirib.

Xatırladaq ki, “Fiorentina” sözügedən oyunçularda koronavirus testlərinin pozitiv çıxmasını martın 13-14-də açıqlamışdı.