Fiorentina”nın prezidenti Rokko Kommisso bildirib ki, Duşan Vlaxoviçi satmaq niyyətində deyil.

Rekord.az xəbər verir ki, Rokko fikrini dəyişə biləcəyini də qeyd edib.

O, istədiyi məbləği təklif edən olarsa, hücumçunun satılmasına razılıq verəcəyini vurğulayıb:

“Gələcəkdə nə baş verəcəyini bilmirəm. Amma Vlaxoviçi saxlamaq niyyətindəyəm.

İşdir, ona görə mənə 100 milyon avro təklif edən olsa, onda fikrimi dəyişə bilərəm”.

Bir müddət əvvəl Madrid “Atletiko”su hücumçuya görə 70 milyon avro təklif etmişdi. Onunla “Tottenhem” də maraqlanır.