FIVB Klublararası dünya çempionu bəlli oldu
- 19 Dek 2022 15:58
- 681
Qadın voleybolçuların Klublararası dünya çempionatı başa çatıb. "Rekord.az" xəbər verir ki, Türkiyənin Antalya şəhərində tə.kil olunan yarışın qalibi İtaliyanın "Conegliano" klubu olub.
İtaliya təmsilçisi final qarşılaşmasında yarışın son qalibi olmuş Türkiyənin "Vakıfbanl"ı 3:1 (25:18, 23:25, 25:21, 25:21) hesabı ilə üstələyərək mundialın qalibi adını qazanıb. Türkiyə çempionu isə gümüş medalla kifayətlənməli olub.
Turnirin bürünc medalları da Türkiyədə qalıb. Belə ki, qonşu ölkəin çempionatdakı digər təmsilçisi "Eczaçıbaşı" klubu üçüncülük uğrunda görüşdə Braziliyanın "Gerdau Minas" kollektivini 3:1 (25:22, 23:25, 25:10, 25:21) hesabı ilə məğlub edib və bürünc medallara sahib çıxıb.
2022-ci il Klublararası dünya çempionatında bu kollektivlərlə yanaşı, Braziliyanın "Dentil Praia" və Qazaxıstanın "Kuanysh" klubları da iştirak ediblər.
Qeyd edək ki, Azərbaycanın "Rabitə" klubu 2011-ci ildə Klublararası dünya çempionatında qızıl medal, 2012-ci ildə isə gümüş medal qazanıb.