“Flamenqo”dan “Arsenal”a
- 30 Yan 2020 12:40
- 1115
İngiltərənin “Arsenal” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, “topçular” Braziliyanın “Flamenqo” klubunun ispaniyalı müdafiəçisi Pablo Marini icarəyə götürüb.
Bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb. 26 yaşlı futbolçu mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürülüb. “Arsenal” yayda onun transfer hüquqlarını da ala biləcək.
Qeyd edək ki, Mari ölkəsində “Malyorka” və “Ximnastik” klublarında çıxış etdikdən sonra 2016-cı ildə “Mançester Siti”yə transfer olunub. Lakin İngiltərə nəhəngi onu “Jirona”, “Deportivo”, “NAK Breda” kimi klublara icarəyə verib. Pablo ötən ildən Baziliya komandasında çıxış edirdi. Geridə qalan mövsümdə 28 oyuna çıxan mərkəz müdafiəçisi 3 qola da imza atıb.