![photo](https://www.rekord.az/storage/uploads/4/flik-5.jpg)
Flik Almaniya millisindən qovuldu
- 10 Sen 2023 21:00
- 342
Almaniya Futbol Federasiyası (AFF) milli komandanın baş məşqçisi Hans-Diter Fliki istefaya göndərib.
Rekord.az xəbər verir ki, bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb. Onun köməkçiləri Markus Sorq və Danni Rohl da yola salınıb.
AFF-nin yaydığı açıqlamada deyilir: “Almaniya milli komandasının son məyusedici nəticələrdən sonra yeni bir stimula ehtiyacı var. Biz ölkəmizdə keçiriləcək Avropa çempionatına qədər nikbinlik və inam ruhunu bərpa etməliyik".
Xatırladaq ki, Flik 2021-ci ilin mayından Almaniya millisini çalışdırırdı. O, bu komandanı bütövlükdə 25 matça çıxarıb.