Almaniya Bundesliqasının 32-ci turunda “Verder”ə 1:0 hesabı ilə qalib gələrək, çempionluğunu rəsmiləşdirən “Bavariya”nın baş məşqçisi Hans-Diter Flik açıqlama verib.

Rekord.az xəbər verir ki, 55 yaşlı mütəxəssis, oyunla və çempionluqla bağlı bunları deyib:

“Son aylarda getdiyimiz yolu – xarakteri, oynamaq sevincini, mübarizə ruhunu hiss edirsiz. “Verder” çox yaxşı mübarizə apardı. Bu uğuru komanda olaraq, birlikdə qazandıq. Futbolçular çox yaxşı keyfiyyətə malikdir, məşqçilər heyəti onların hər birinə güvənir. “Bavariya”da hədəflər hər zaman yüksəkdir. Birinci hədəfimizə çatdıq”.