Flikə 2 oyunluq cəza
- 11 Dek 2024 19:00
- 80
İspaniya Kral Futbol Federasiyasının (RFEF) İntizam Komitəsi "Barselona"nın baş məşqçisi Hans-Diter Fliki 2 oyunluq cəzalandırıb.
Rekord.az xəbər verir ki, buna mütəxəssisin La Liqanın 16-cı turunda "Betis"lə oyunda (2:2) hakimin qərarına etiraz etməsi səbəb olub.
Almaniyalı çalışdırıcı qarşıdakı iki turda komandasının görüşlərini tribunadan izləyəcək. Kataloniyalılar qərardan apellyasiya şikayəti verəcək.
"Barselona" qarşıdakı iki turda "Leqanes" və "Atletiko" (Madrid) ilə üz-üzə gələcək.