Çempionlar Liqasının yarımfinalında PSJ-yə rəqib olan "Mançester Siti"nin futbolçusu Fil Foden "Twitter" hesabında rəqib futbolçu Kilian Mbappe barədə paylaşdığı tviti silib.

Rekord.az xəbər verir ki, 20 yaşlı vingerin sosial media hesabını idarə edən şirkət Mbappenin adını işarələyib və "hazırsan?" yazıb. Foden tvitin paylaşılmasından gec məlumat alıb və Mbappenin bundan narahat olacağını düşündüyü üçün postu silib.

Məlumata görə, gənc ulduz SMM şirkəti ilə yollarını ayırmaq fikrindədir.

Foden bu mövsüm keçirdiyi 34 oyunda 16 qol vurub, 5 məhsuldar ötürmə edib.