“Formula 1" ilə əlaqədar 10 min iş yeri
- 12 Fev 2020 14:10
- 767
"Hər il "Formula 1" üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar ölkədə 10 min yeni iş yeri açılır".
Rekord.az-ın məlumatına görə, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov Bakı Konqres Mərkəzində "İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları" adlı beynəlxalq konfransda çıxışında deyib.
O bildirib ki, böyük tədbirlər zamanı ekoloji cəhətdən düzgün davranmaq lazımdır.
Qeyd edək ki, bu il "Formula 1" üzrə Azərbaycan Qran-prisi 5 - 7 iyunda olacaq. (Report)