"Formula 1" üzrə Azərbaycan Qran-prisində iştirak edəcək komandalar artıq Bakıdadır.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən verilən məlumata görə, komandalar hazırda Paddokda yerləşən qarajlarında yarışa hazırlıq görürlər.

Pilotların isə bu gün ərzində Bakıya gələcəyi gözlənilir.

Bakı şəhər halqası isə artıq yarış üçün tam hazır vəziyyətə gətirilib. BŞH yarış trekini yoxlanış üçün Beynəlxalq Avtomobil Federasiyasına təhvil verib. Bakı treki iyunun 9-da Qran-priyə tam hazır olacaq.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 10 - 12 iyunda keçiriləcək.