"Formula 1" komandalarının büdcələri - SİYAHI
- 03 Yan 2020 13:33
- 731
"Formula 1"də çıxış edən komandaların 2019-cu il büdcələri açıqlanıb.
Rekord.az-ın "Racefans"a istinadən məlumatına görə, ən böyük büdcə "Ferrari"də olub. "Skuderiya" bu komanda üçün 435 milyon dollar xərcləyib.
Konstruktorlar Kubokunda ardıcıl 6-cı dəfə titul əldə edən və pilotu Lüis Hemitonun çempionluq qazandığı "Mercedes"in büdcəsi 425 milyon dollar olub. Üçüncü ən böyük büdcə "Red Bull"a məxsus imiş - 335 milyon dollar. Avstriya komandası "Mercedes" və "Ferrari"dən sonra üçüncü yeri tutub.
Ən az büdcə isə "Haas" və "Uilyams"da olub. Onlar hərəyə 150 milyon dollar sərf ediblər. "Toro Rosso" isə 155 milyon dollar xərcləyib.
"Formula 1" komandalarının 2019-cu il büdcələri (milyon dollarla)
"Ferrari" - 435
"Mercedes" - 425
"Red Bull" - 335
"McLaren" - 250
"Renault" - 210
"Toro Rosso" - 155
"Racing Point" - 155
"Alfa Romeo" - 155
"Haas" - 150
"Williams" - 150.