Bakıda təşkil olunan Formula 1 üzrə Azərbaycan qran-prisində bu gün sprint yarışının təsnifat mərhələsi baş tutub.

Rekord.az xəbər verir ki, 12:30-da start götürən “Sprint shootout" üç sessiyadan ibarət olub.

"Ferrari"dən Şarl Lekler "sprint shootout"u ilk pillədə başa vurub. Monakolu pilot ötən gün sıralama turunda da lider olmuşdu. 

"Red Bull"dan Serxio Peres ikinci, onun komanda yoldaşı Maks Ferstappen üçüncü sırada qərarlaşıb. 

Sprint yarışın təsnifatında bir qəza da qeydə alınıb. “Uilyams”ın pilotu Loqan Sarjent qəza səbəbindən yarışı başa vura bilməyib.

Qeyd edək ki, Formula 1-də əsas sprint yarışı saat 17:30-da başlayacaq.