Bakıda keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisinə hazırlıq çərçivəsində Muzey Mərkəzi yaxınlığında, trekin ərazisinə daxil olan hissədə aparılan təmir işləri ilə bağlı bu gecə saat 00:00-dan etibarən Neftçilər prospektində nəqliyyatın hərəkəti dayandırılacaq.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən "Rekord.az"-a verilən məlumata görə, bununla əlaqədar hərəkət iştiakçılarından Azneft dairəsindən alternativ yollardan istifadə etmələri xahiş olunub.

Əməliyyat Şirkəti şəhər sakinlərinə anlayışlarına görə təşəkkür edib.