"Formula 1" pilotu qəzaya düşdü - FOTO
- 06 Yan 2020 13:40
- 786
"Formula 1" üzrə ikiqat dünya çempionu Fernando Alonso "Dakar" rallisinin ikinci xüsusi sahəsində qəzaya düşüb.
Rekord.az-ın məlumatına görə, ispaniyalı sürücü yolsuzluq maşınlarının mübarizəsində avtomobilinin altlığını qırıb. Nəticədə o, "Toyota"dakı komanda yoldaşlarından kömək gözləməli olub və bu üzdən 2,5 saatadək vaxt itirib. Bununla belə, ən yaxşı nəticəni elə "Toyota" pilotu Ciniel de Vilyers göstərib.
Alonso uzağı görməkdə dəhşətli problem yaşadığı üçün 100 km-dək məsafəni gözübağlı gəldiyini bildirib. Nəticədə o, maşınının ön təkərini nəyəsə vurduğunu əlavə edib.