Formula 1 üzrə 8 qran-prinin təqvimi açıqlandı
- 02 İyn 2020 19:40
- 1193
Formula 1 üzrə dünya çempionatında ilk 8 qran-prinin təqvimi açıqlanıb.
Rekord.az xəbər verir ki, mövsümün ilk iki qran-prisi Avstriyada (3-5 iyul və 10-12 iyul) olacaq.
Daha sonra Macarıstan (17-19 iyul), Böyük Britaniya (31 iyul - 2 avqust, 7-9 avqust), İspaniya 14-16 avqust, Belçika (28-30 avqust), İtaliya (4-6 sentyabr) qran-priləri baş tutacaq. Bütün yarışlar azarkeşsiz keçiriləcək.
Azərbaycan qran-prisi ilə bağlı hələlik məlumat yoxdur. Tam təqvimin qarşıdakı həftələrdə açıqlanacağı bildirilib.
Qeyd edək ki, Formula 1-də 2020 mövsümü koronavirus pandemiyası səbəbindən hələ başlamayıb. Daha əvvəl "Formula 1" rəhbərliyi Azərbaycanla yanaşı, Bəhreyn, Vyetnam, Çin, İspaniya və Kanada qran-prilərini təxirə salıb, Avstraliya, Monako, Niderland və Fransa mərhələləri isə ləğv olunub. Bakıdakı yarış 5 - 7 iyunda keçirilməli idi.