"Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen "Formula-1" üzrə Avstriya Qran Prisinin təsnifatının qalibi olub.

Rekord.az xəbər verir ki, ikinci pillədə "Ferrari" komandasının monakolu pilotu Şarl Lekler, üçüncü pillədə isə həmin komandadan olan ispaniyalı Karlos Sayns qərarlaşıb.

Avstriya Qran Prisinin əsas yarışı iyulun 10-u keçiriləcək.