"Formula 1"in Azərbaycan iqtisadiyyatına təsiri
- 13 Fev 2020 14:14
- 854
Son 4 ildə Bakıda keçirilmiş "Formula 1" üzrə Qran-prilərin Azərbaycan iqtisadiyyatına təsiri 506,3 milyon dollardır.
Rekord.az-ın məlumatına görə, bunu PwC şirkətinin ölkə üzrə İdarəedici tərəfdaşı Mövlan Paşayev deyib.
O bildirib ki, iqtisadi təsir ildən-ilə artıb. 2019-cu ildə birbaşa təsir 117 milyon dollar, dolayı təsir isə 48,1 milyon dollara bərabərdir. Ən çox təsir isə tikintiyə olub.
Qeyd edək ki, bu il Azərbaycan Qran-prisi 5 - 7 iyunda keçiriləcək.