“Formula-1” üzrə Azərbaycan Qran-prisinin mətbuat katibinin adı rəsmiləşib.

Rekord.az xəbər verir ki, bu vəzifəyə Turab Teymurov təyin olunub.

Yarışın əvvəlki mətbuat katibi Ayan Ağalar idi. O, ötən il iyulun 12-də “Facebook” hesabı vasitəsilə post yazaraq qurumdan ayrıldığını açıqlamışdı.

Bundan bir həftə sonra saytımız Turab Teymurovun bu vəzifəni icra etdiyini açıqlamışdı (oxu.az).