Forsberq Ukraynaya qarşı oynayacaq?
- 28 İyn 2021 12:22
- 583
İsveç millisinin futbolçusu Emil Forsberq Avro-2020-nin 1/8 finalında Ukraynaya qarşı oynaya biləcək.
Rekord.az xarici KİV-lərə istinadən xəbər verir ki, yarımmüdafiəçi bu gün ümumi məşqlərə qayıdıb. O, dünən isə hazırlığı buraxmışdı.
Forsberq açıqlamasında özünü yaxşı hiss etdiyini və Ukrayna ilə görüşə hazır olduğunu bildirib. 29 yaşlı futbolçu ehtiyat tədbiri olaraq dünənki məşqdə iştirak etmədiyini söyləyib.
Qeyd edək ki, iyunun 29-u keçiriləcək İsveç - Ukrayna matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.