Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının Fransa və Belçika yığmaları arasında 1/8 final görüşü başa çatıb.

Rekord.az xəbər verir ki, Düsseldorfda keçirilən matçda fransızlar qələbə qazanıblar.

Yeganə qol 85-ci dəqiqədə vurulub. Yan Vertongen avtoqol müəllifi olub.

1/4 finala yüksələn Fransanın rəqibi Portuqaliya - Sloveniya cütünün qalibi olacaq.

AÇ-2024
1/8 final

1 iyul

Fransa – Belçika 1:0
Qol: Yan Vertongen, 85-öz qapısına.
Baş hakim: Qlenn Nyuberq (İsveç).
Düsseldorf. “Merkur Spieal-Arena”.