Fransa çempionatında klub sayı artırıldı
- 21 May 2020 12:42
- 628
Fransada koronavirus pandemiyasına görə vaxtından əvvəl yekun vurulan Liqa 2 ilə bağlı daha bir mühüm qərar qəbul olunub.
Rekord.az xəbər verir ki, Fransa Peşəkar Futbol Liqası (LFP) Liqa 2-ni heç bir komandanın tərk etməyəcəyini açıqlayıb.
Belə ki, sözügedən çempionatda 2020/21 mövsümü aşağı liqadan gələcək iki klub da daxil olmaqla, 22 komanda ilə keçiriləcək.
Xatırladaq ki, Liqa 1-də də mövsüm erkən yekunlaşdırılıb və lider PSJ çempion elan olunub. Son iki yeri tutan “Amyen” və “Tuluza” isə elitanı tərk edib və Liqa 2-yə düşüb. Əvəzində Liqa 2-də ilk iki pilləni tutan “Loryan” və “Lans” Liqa 1-ə vəsiqə qazanıb.