Fransa klubu 10 milyon avroluq hücumçu aldı
- 07 Okt 2020 14:15
- 552
Fransanın “Strasburq” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, Liqa 1 təmsilçisi digər elita klubu “Mets”in hücumçusu Həbib Diallonu transfer edib.
Bu barədə sözügedən klubların mətbuat xidmətləri məlumat yayıb. 25 yaşlı futbolçu yeni klubu ilə 5 illik müqaviləyə imza atıb.
Bu transferə görə “Strasburq” “Mets”ə 10 milyon avro ödəyib.
Diallo “Mets”in öz yetirməsidir. O, 2015-ci ildən bu klubun əsas komandasında forma geyinirdi. Bir müddət “Brest”də də icarədə oynamış futbolçu Seneqal yığmasının üzvüdür. “Mets”də bütövlükdə 115 matça çıxan forvard, 48 qol, 14 məhsuldar ötürmə müəllifi olub.