Fransa klubu 18 yaşlı futbolçu üçün 17 milyon avro ödədi
- 11 Yan 2024 19:50
- 203
Lion “Olimpik”i heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, Fransa klubu 18 yaşlı belçikalı futbolçunu 17 milyon avroya alıb.
Belə ki, "Gent"in hücumçusu Malik Fofana bu kluba keçib. Fransa klubu 18 yaşlı belçikalı vinger üçün 17 milyon avro ödəyib.
Fofana "Gent"in böyük komandasında 64 oyun keçirib, 5 qol vurub və 10 məhsuldar ötürmə edib.