![photo](https://www.rekord.az/storage/uploads/5/haraldsson.jpg)
Fransa klubu 20 yaşlı island üçün 12 milyon avro ödədi
- 18 İyl 2023 12:00
- 299
“Lill” növbəti transferini rəsmiləşdirib.
Rekord.az xəbər verir ki, Liqa 1 təmsilçisi İslandiya millisinin və Danimarkanın “Kopenhagen” klubunun yarımmüdafiəçisi Hakon Arnar Haraldssonu transfer edib.
20 yaşlı futbolçunun transferi Liqa 1 təmsilçisinə 12 milyon avroya başa gəlib. Onunla 5 illik müqavilə imzalanıb.
İslandiyanın “Akranes” klubunun yetirməsi olan Haraldsson 2020-ci ildən formasını geyindiyi “Kopenhagen”də 58 oyuna 9 qol və 8 məhsuldar ötürmə müəllifi olub. O, İslandiya yığmasında da 11 matça çıxıb, 1 qol vurub.