Fransa klubu Bakıya 23 futbolçu ilə gəlir
- 17:40
- 42
Avropa Liqasında "Qarabağ"la qarşılaşacaq Fransanın "Olimpik” (Lion) klubu Bakıya 23 futbolçu ilə gəlir.
Rekord.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Onlardan 3-ü qapıçı, 7-si müdafiəçi, 6-sı yarımmüdafiəçi, 7-si hücumçudur.
Qapıçılar: Jüsten Benqi Juan, Remi Deşam, Lukas Perri;
Müdafiəçilər: Abner Vinisius, Due Çaleta-Tsar, Sael Kembedi, Klinton Mata, Mussa Niakate, Varmed Omari, Nikolas Talyafiko;
Yarımmüdafiəçilər: Maksans Kakre, Enzli Meytlend-Naylz, Nemanya Matiç, Tanner Tessmann, Korenten Tolisso, Jordan Veretu;
Hücumçular: Said Benrahma, Rayan Şerki, Malik Fofana, Aleksandr Lyakazett, Jorj Mikautadze, Enzo Molebe, Ernest Nuama.
Avroliqanın Liqa mərhələsinin 5-ci turunun noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil ediləcək bu oyun saat 21:45-də start götürəcək.