Frsansanın “Anje” klubu baş məşqçi Jerald Batiklı istefaya göndərib.

Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Onu müvəqqəti olaraq Abdel Buazama əvəzləyəcək.

“Anje” bütün yarışlarda ardıcıl 8 oyunda uduzub. Fransa Liqa 1-də komanda 15 turdan sonra 8 xalla turnir cədvəlinin sonuncu- 20-ci pilləsində qərarlaşıb.

Batikl 2021-ci ilin mayından komandanı çalışdırırdı.