Fransanın “Olimpik” (Lion) klubu baş məşqçisi Fabio Qrosso ilə yollarını ayırmaq qərarına gəlib.

Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Qrosso sentyabrın 16-da baş məşqçi təyin olunmuşdu.

Lion “Olimpik”i Liqa 1-də 12 oyunda cəmi 1 qələbə qazanıb və 7 xalla sonuncu pillədə qərarlaşıb.